XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 June 2020 - 18:22

Avropa Komissiyası turistlər üçün yeni sayt istifadəyə verib- Yeni qaydalar açıqlanıb

Avropa Komissiyası COVID-19 pandemiyası ilə əlaqədar turistlər üçün səfər məhdudiyyətləri barədə məlumat saytını istifadəyə verib.

Saytda turistlər Avropa İttifaqı ölkələrinin hər birində COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan qaydalarla bağlı bütün lazımi məlumatları əldə edə biləcəklər.

Turistlər səfərə getmək üçün planlaşdırdıqları ölkəni saytda seçə və pandemiya ilə bağlı həmin ölkədə hansı qaydaların tətbiq olunduğunu öyrənə biləcəklər.

Saytda məlumatlar vəziyyətin gedişindən asılı olaraq yenilənəcək(azərtac).