Koronavirus Gürcüstan iqtisadiyyatına 1 milyard 800 milyon lari (588 milyon dollar) ziyan vurub.
Azərtac xəbər verir ki, bu barədə Gürcüstan maliyyə nazirinin müavini Giorgi Kakauridze parlamentin komitə iclasındakı çıxışında bildirib. O deyib ki, ən böyük itki vergi sistemində olub. Pandemiya dövründə vergi daxilolmaları 1 milyard 555 milyon lari azalıb.
Nazir müavininin sözlərinə görə, pandemiya səbəbindən cari ilin dövlət büdcəsi 800 milyon lari azalıb.