XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

16 İyun 2020 - 20:40

Vyana hava limanında testlər aparılacaq- Uçuş təhlükəsizliyi standartları üçün

Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) hava nəqliyyatında COVID-19 pandemiyası ilə əlaqədar uçuşların beynəlxalq təhlükəsizliyi standartlarını hazırlayır.

Agentlik standartların hazırlanması üçün tələb olunan praktik təcrübənin Vyana beynəlxalq hava limanında toplanmasına qərar verib. Vyana hava limanında artıq çox sayda təhlükəsizlik tədbirlərinin görülməsi, hazırlanan yeni konsepsiyalar və hava limanının müntəzəm uçuşlar üçün açılması agentliyin bu aeroportu da testlər üçün seçməsinə səbəb olub. Burada əldə olunan təcrübə gələcək aviasiya təhlükəsizliyi qaydalarının formalaşmasında rol oynayacaq.

Agentliyin bu yaxınlarda hazırladığı və təhlükəsiz səfərlər üçün tövsiyələrdən ibarət “EASA xartiyası“ Vyana hava limanının rəhbərliyi tərəfindən imzalanıb. Vyana hava limanın direktoru Yulian Yeqer bildirib ki, rəhbərlik etdiyi aeroport Avropada COVID-19 standartlarının hazırlanmasında nümunəvi rol oynamağa çalışacaq. Vyana hava limanı ilə yanaşı, London Hitrou, Paris Şarl de Qoll, Frankfurt və Münxen hava limanları da test mərhələsində iştirak edirlər.

EASA-dan bildirilib ki, ənənəvi səyahət sərbəstliyinə qayıda bilmək məqsədilə hava nəqliyyatında səmərəli qoruyucu tədbirlər üçün beynəlxalq standartlara ehtiyac var və EASA bu standartların hazırlanması üzərində çalışır(azərtac).