XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

17 İyun 2020 - 10:34

Putinin iqamətgahında dezinfeksiya tuneli quraşdırılıb- Koronavirusdan qorunmaq üçün

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Novo-Oqarevo”dakı iqamətgahında koronavirusdan qorunmaq məqsədilə dezinfeksiya tuneli quraşdırılıb.

APA-nın rbc.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Penza Vilayəti Administrasiyası məlumat yayıb.

Məlumatda tunelin Penzada yerləşən şirkət tərəfindən hazırlandığı bildirilir.

Şirkətdən bildirilib ki, dezinfeksiya tuneli ölkənin birinci şəxsinin və onu ziyarət edəcək qonaqların koronavirusdan qorunmasını təmin edəcək.