XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 İyun 2020 - 15:23

Belarusda daha 663 nəfər virusa yoluxub –Ölənlər var

Belarusda son sutkada koronavirusa daha 663 yoluxma, 6 ölüm faktı qeydə alınıb.

Məlumatı Belarusun Səhiyyə Nazirliyi yayıb.

Ölkədə yoluxanların ümumi sayı 56 032-yə, ölənlərin sayı isə 324-ə çatıb.

Məlumata görə, pandemiyadan 32 735 pasiyent sağalıb.

Qeyd edək ki, bir müddət əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusun ikinci dalğasının başlayacağı barədə xəbərdarlıq edərək daha ciddi hazırlıq işləri görməyi tapşırmışdı.

Belarus əhalisinin sayı 9 475 174 nəfərdir/Report.