XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

17 İyun 2020 - 16:42

İsrail sərhədləri açacağı tarixi elan etdi- Netanyahudan açıqlama

İsrail xarici vətəndaşlar üçün sərhədləri avqustun 1-dən aça bilər.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, sərhədlərin açılması koronavirus epidemiyasına indiki kimi nəzarətin davam etməsindən asılı olacaq.

Baş nazir əlavə edib ki, ilk növbədə İsrail-Yunanıstan və İsrail-Kipr istiqamətində uçuşların və turizmin bərpası nəzərdə tutulur.

Qeyd edək ki, bu günədək İsraildə 19 mindən çox şəxs koronavirusa yoluxub, 303 nəfər ölüb.