XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

17 İyun 2020 - 18:05

Hindistanla Çin arasında gərginlik:rəsmi Dehlin sərhəddə yüksək hazırlıq rejimi tətbiq etdi

Hindistan ordusu artan gərginliklər fonunda Çin ilə sərhəddə yüksək hazırlıq rejiminin tətbiq olunduğunu elan edib.

Bu barədə “RİA Novosti” Hindistan Silahlı Qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.

Hindistanın Çin ilə sərhəddəki Ladak bölgəsində isə hərbçilərin həftəsonu buraxılışa çıxması da qadağandır.

Xatırladaq ki, iyunun 15-də Ladakda Qalvan vadisi yaxınlığında Çin və Hindistan hərbçiləri arasında insident baş verib.

Çin hərbçilərinin sözlərinə görə, Hindistan hərbçiləri öhdəlikləri pozaraq yenidən qanunsuz şəkildə faktiki nəzarət xəttini keçib və bilərəkdən təxribat zərbəsi vurublar, nəticədə şiddətli toqquşma baş verib, ölən və yaralananlar var. Hindistan tərəfi isə toqquşmanın Çinin Qalvan vadisində faktiki nəzarət xəttinə riayət edilməsi ilə bağlı konsensusu birtərəfli qaydada dəyişdirmək cəhdindən qaynaqlandığını açıqlayıb/Report.