XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

17 İyun 2020 - 19:43

Ukraynada karantin müddəti uzadılıb- İyulun 31-dək

Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazir Denis Şmıqal hökumətin iclasında məlumat verib.

D.Şmıqal bildirib ki, koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra ölkədə virusa yoluxanların sayı artıb. Son bir həftə ərzində Ukraynada 4853 nəfərdə yoluxma qeydə alınıb ki, bu da pandemiya zamanı ən yüksək göstəricidir.

Qeyd edək ki, Ukraynada karantinin müddəti iyunun 22-də başa çatırdı(azərtac).