XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

17 İyun 2020 - 19:54

Boris Consonun avtomobil korteji qəzaya uğrayıb- FOTO

Böyük Britaniyanın Baş Naziri Boris Consonun avtomobil korteji qəzaya uğrayıb.

APA-nın Britaniya bürosunun “Telegraph”a istinadən verdiyi xəbərə görə, qəza parlament binasının qarşısında baş verib.

Belə ki, parlament binasının qarşısında aksiya keçirilən zaman hərəkətdə olan avtomobil kortejinin önünə etirazçı çıxıb. Sürücü avtomobilin qarşısına çıxan şəxsi vurmamaq üçün əyləci basıb, arxadan gəl avtomobil isə ona çırpılıb.

Hadisə B. Consonun mətbuat xidməti tərəfindən təsdiqlənib.

Bildirilib ki, hadisə zamanı B. Conson avtomobilin içərisində olub və qəza zamanı xəsarət alan olmayıb.