XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

17 İyun 2020 - 20:14

“Volvo” 4100 əməkdaşını işdən azad etməyi planlaşdırır- Böhranla əlaqədar

İsveçin “Volvo” avtokonserni dünyada özünün 4.100 əməkdaşını işdən azad etməyi planlaşdırır.

Koronavirus pandemiyası nəticəsində yaranmış böhranla əlaqədar “Volvo” avtokonserni bütün dünyada özünün muzdlu işçilərinin sayını 4.100 nəfər, o cümlədən İsveçdəki işçilərin sayını təqribən 1.250 nəfər azaltmağı planlaşdırır.

“Volvo Group”un prezidenti və baş direktoru Martin Lundştedt xüsusi press-relizində bildirib: “Koronavirus pandemiyası və ona qarşı mübarizə üzrə qlobal tədbirlərlə əlaqədar bazarda yaranmış vəziyyət bizim sahəyə ciddi təsir göstərir. Gələcəkdə bizim məhsullara tələbat səviyyəsinin azalacağı gözlənilir. Ona görə də biz öz şirkətimizin müvafiq qaydada adaptasiyası ilə bağlı tədbirləri davam etdirməliyik. Paralel olaraq biz yeni texnologiyaların və biznes-modellərin mənimsənilməsini sürətləndirəcəyik”.

Xatırladaq ki, bu şirkət işini itirmiş əməkdaşların hüquqlarını təmin etmək üçün həmkarlar ittifaqları ilə danışıqlar aparır(azərtac).