XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 June 2020 - 20:26

İki yaşlı uşaq koronavirusdan öldü- Rusiyada

Moskva şəhərində koronavirusdan ilk uşaq ölümü qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Mariya Parşikova adlı 2 yaşlı qız bir həftədir həmin xəstəxanada müalicə olunub. Onun koronavirusun səbəb olduğu Kavasaki bənzəri xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Rusiya Tibb İnstitutunun Uşaq xəstəlikləri kafedrasının müdiri Dmitriy Ovsannikov uşaqlarda həmin xəstəliyin qızdırma, selikli qişanın dəyişikliyi, əl-ayaq ödemləri, konyunktivit, səpmə, limfaların böyüməsi kimi əlamətlər göstərdiyini qeyd edib.