XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 June 2020 - 21:14

2020-ci ildə rekord səviyyədə sitrus ixracatı gözlənilir- Cənubi Afrikada

Cənubi Afrika Sitrus İstehsalçıları Assosiasiyası builki ixracatın həcmini proqnozlaşdırıb.

Cənubi Afrika ötən illə müqayisədə satışın həcmini 13 faiz artırmaq və ixracın rekord səviyyəsinə çatmaq imkanına malikdir. Cənubi Afrikadan sitrus ixracatının gözlənilən artımı əsasən iki amillə bağlıdır: yeni plantasiyaların istehsal gücü və əlverişli hava şəraiti.

Lakin Cənubi Afrika Cənub yarımkürəsində sitrus ixracat həcminin artacağının gözlənildiyi yeganə ölkə deyil. Ümumdünya Sitrus İstehsalçıları Təşkilatı Cənub yarımkürəsi üçün ilk istehsal proqnozunu dərc edib. Buraya Argentina, Avstraliya, Çili, Peru, Cənubi Afrika və Uruqvayda yerləşən sahəvi assosiasiyaların nəticələri daxil edilib. Sitrus məhsulunun 8.387.341 ton təşkil edəcəyi gözlənilir. Bununla yanaşı, ixracatın həcminin 12 faiz və ya 3.486.883 ton artacağı proqnozlaşdırılır.

Sitrus meyvələrinə dünya üzrə tələbatın artması COVID-19 pandemiyası dövründə orqanizmin immunitetinin möhkəmləndirilməsinə ehtiyacın olması ilə şərtləndirilib(azərtac).