XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

18 İyun 2020 - 11:48

“Bolton yazdığı kitabda məxfi məlumatları faş edib” –Tramp keçmiş müşavirini qanunu pozmaqda ittiham etdi

“ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton yazdığı kitabda məxfi məlumatları faş edərək qanunu pozub”.

“Reuters” xəbər verir ki, bu barədə Prezident Donald Tramp bildirib.

Onun sözlərinə görə, C.Boltonun “Bunun baş verdiyi otaq: Ağ Ev xatirəsi” adlı kitabında açıqlanmağa icazə verilməyən bəzi məxfi məlumatlar da var.

Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında Prezident Tramp Con Boltonu istefaya göndərərək bunu milli təhlükəsizliklə bağlı aralarında kəskin fikir ayrılıqları olması ilə əsaslandırmışdı. Bundan bir ay sonra C.Boltonun milli təhlükəsizlik müşaviri işlədiyi dövr haqqında kitab yazmaq istəməsi bəlli olub/Report.