Dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 8,2 milyonu ötüb, 445 mindən çox insan pandemiyanın qurbanı olub.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Qeyd edilir ki, COVID-19-un qeydə alındığı ölkələrdə təhlükəli infeksiyaya yoluxma hallarının ümumi sayı 8 242 999-dur. Pandemiya ərzində koronavirusdan 445 535 pasiyent ölüb.
Dünyada ötən gün ərzində 181 232 yeni yoluxma, 5 245 ölüm qeydə alınıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)