XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

19 İyun 2020 - 14:29

İranda koronavirus:son sutkada 120 nəfər ölüb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 120 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 9 392 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2615 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 200 262 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 159 192 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 833 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)