XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

19 İyun 2020 - 18:33

Pandemiya dövründə yarım milyondan çox insan xəstəxanalarda müalicə alıb- Rusiyada

Rusiyada COVID-19 pandemiyası dövründə yarım milyondan çox insan xəstəxanalarda müalicə olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.

“Rusiya Federasiyasında bu günə kimi yarım milyondan çox xəstə ölkənin hospital şəbəkəsindən keçib”, – deyə rusiyalı nazir prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən müşavirədə vurğulayıb.

Qeyd edək ki, Rusiya koronavirus infeksiyasına yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra 3-cü yerdə gəlir. Açıqlanan son məlumatlara əsasən ölkədə COVID-19-a yoluxanların sayı 569 063 nəfərə çatıb.