XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 12:38

Misirin ədliyyə naziriistefaya göndərildi

14579365662412611904_1000x669

Misirin Baş naziri Şərif İsmayıl ölkənin ədliyyə naziri Əhməd əz-Zanadın tutduğu vəzifədən azad edilməsi barədə fərman imzalayıb.

Azərtac yerli KİV-lərə istinadən məlumat verir ki, nazirin vəzifədən azad edilməsinə səbəb onun bu yaxınlarda televiziya proqramlarından birinin efirində Məhəmməd Peyğəmbərin adını çəkərkən qeyri-korrekt ifadələr işlətməsi olub. Siyasətçinin bu sözləri Misir cəmiyyətində müzakirələrin mövzusuna çevrilib və kəskin pislənib.

Qeyd edilir ki, Nazirlər Kabinetinin rəhbəri Əhməd əz-Zanada könüllü istefa verməsini təklif edib. Lakin nazir bu təklifi qəbul etmədiyi üçün Baş nazir özü onu işdən azad edib.

Qahirədəki ən qədim İslam Universiteti olan “Əl-Əzhar” Universiteti də bu barədə xüsusi bəyanatla çıxış edərək, artıq sabiq ədliyyə nazirinin qalmaqallı fikirlərini pisləyib. Universitetin bəyanatında vurğulanır ki, Məhəmməd Peyğəmbərin ünvanına qeyri-korrekt ifadələr işlədilməsi yolverilməzdir.