XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 İyun 2020 - 22:34

UEFA Fransa klubunu cəzalandırdı

UEFA Fransanın “Marsel” klubunu cəzalandırıb.

Qurumun rəsmi saytı xəbər verir ki, buna Liqa 1 təmsilçisinin maliyyə feyr-pley qaydaları ilə bağlı anlaşmanı pozması səbəb olub.

Klubu 3 milyon avro məbləğində cərimələyən qitə futbol qurumu 2020/2021 və 2021/2022 mövsümlərində avrokuboklardan gələn gəlirlərin 15 faizini müsadirə edəcək.

Bundan əlavə, “Marsel” qarşıdakı 3 mövsümdə UEFA-nın bayrağı altında keçiriləcək oyunlarda maksimum 23 futbolçu sifariş edə biləcək.

Qeyd edək ki, klubun UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verəcəyi gözlənilir. (report)