XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 June 2020 - 10:30

Ötən il İranda 697 nəfər spirtli içkidən ölüb- Tibbi Ekspertiza Təşkilatı

Ötən il İranın Tibbi Ekspertiza Təşkilatına abortla bağlı 12 421 müraciət daxil olub və 3376 müraciətə icazə verilməyib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə təşkilatın sədri Abbas Məscidi Arati keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, ötən il uşaqlara qarşı zorakılıq halları 12.5 faiz artıb.

Abbas Məcidi 2019-cu ildə İranda spirtli içkidən ölənlərin sayını da açıqlayıb. O qeyd edib ki, ötən il ölkədə spirtli içkilərdən ölənlərin sayı 2018-ci illə müqayisədə artıb. Belə ki, keçən il İranda 697 nəfər spirtli içkidən həyatını itirib.

Təşkilat sədri onu da qeyd edib ki, həkim səhlənkarlığı ilə bağlı 9 884 işə baxılıb və bu işlərdən 4 mini ilə bağlı həbs qərarı çıxarılıb.