XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

20 İyun 2020 - 20:10

Koronavirusa yoluxan Nazarbayevin səhhəti necədir?- Açıqlama

Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev özünü yaxşı hiss edir.

APA-nın xəbərinə görə, bu barədə bu gün N. Nazarbayevin mətbuat katibi Aydos Ukibay “Tengrinews”a məlumat verib.

“Nursultan Nazarbayev özünü yaxşı hiss edir, xəstəliyi simptomsuz keçirir. Onun temperaturu stabildir. Qazaxıstanın birinci prezidenti həkimlərin nəzarəti altındadır. Həkimlərin bildirdiyinə görə, narahatlıq üçün əsas yoxdur”, – deyə A. Ukibay vurğulayıb.

O qeyd edib ki, N. Nazarbayev distant rejimdə çalışmağa davam edir.