XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

21 İyun 2020 - 10:26

Britaniyada terror aktı:saxlanılan var

Britaniyanın Berkşir qraflığının Redinq şəhərinin mərkəzindəki “Forberi qardens” parkında soyuq silahın tətbiqi ilə törədilmiş hadisə polis tərəfindən terror aktı kimi qiymətləndirilir.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Sky News” telekanalı bildiriv.

Daha əvvəl “The Daily Telegraph“ qəzeti öz mənbəyinə istinadən xəbər verib ki, hücum nəticəsində üç nəfər həlak olub, daha iki nəfər ağır yaralanıb.

Hadisə ilə bağlı bir nəfər saxlanılıb. PA agentliyinin məlumatına görə saxlanılan şəxs Liviya vətəndaşıdır. Onun şəxsiyyəti haqqında əlavə məlumatlar yoxdur.

Böyük Britaniyanın baş naziri Boris Conson hücumu yırtıcılıq adlandırıb. O, hadisə yerində işləyən fövqəladə xidmətlərin əməkdaşlarına təşəkkür edib. /Report