XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 06:52

ABŞ-da prezidentliyə yeni namizəd

ABŞ-da prezidentliyə yeni namizəd

Respublikaçı senator Lindsey Qraham namizədliyini rəsmən irəli sürüb

ABŞ-da respublikaçı senator Lindsey Qraham da 2016-cı il prezident seçkilərində namizədliyini irəli sürdüyünü rəsmən açıqlayıb.
ANS PRESS-in məlumatına görə, prezident Barak Obamanın Yaxın Şərq münaqişəsinə və İŞİD silahlılarının genişlənməsinə dair siyasətinin sərt tənqidçisi olan L.Qraham partiyadan nominasiya əldə etməyə çalışan respublikaçı namizədlər sırasına qoşulub. Digər üç respublikaçı senator – Floridadan Marko Rubio, Texasdan Ted Kruz və Kentukidən Rand Pol da namizədliklərini açıqlayıblar.
L.Qraham bildirib ki, əvvəlcə namizədliyi irəli sürdüyünü rəsmən iyunun 1-də öz ştatında elan etməyini planlaşdırsa da, daha tez açıqlamağının səbəbini belə izah edib: “Namizədliyimi irəli sürürəm, çünki məncə dünya dağılır. Mən xarici siyasətdə fikirlərimin böyük əksəriyyəti düzgün olub.”