XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

21 İyun 2020 - 21:24

13 terrorçuya ömürlük həbs cəzası verilib –Misirdə

Misirdə terror fəaliyyətilə məşğul olmaqda şübhəli bilinərək saxlanılan şəxslərin cinayəti işi üzrə məhkəmə prosesi başa çatıb.

Qahirədə keçirilən prosesdə 16 terrorçuya hökm oxunub.

Hökmə əsasən, 13 nəfər azadlıqdan ömürlük məhkum edilib, 3 nəfərə 15 il həbs cəzası verilib.

Bundan başqa, terrorçular milyon Misir funtu məbləğində (təqribən 185 000 ABŞ dolları) cərimə edilib. Eyni zamanda 3 terrorçu həbs müddəti bitdikdən sonra beş il ərzində polis nəzarətində olacaqlar.