XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 June 2020 - 09:00

Fransada koronavirus: ölüm sayı azalıb

Fransada 284 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə “Sante publique” sanitariya agentliyi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 160 377 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 640-ı vəfat edib, 9 823 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Fransada infeksiyadan gündəlik ölüm sayında azalma müşahidə olunur. (report)