XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2020 - 12:27

“Nə Trampa, nə də Baydenə səs verəcəyəm” – Bolton

“Noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampa səs verəcəyəm”.

Bunu ABŞ Prezidenti D. Trampın Milli Təhlükəsizlik Məsələləri üzrə sabiq müşaviri Con Bolton ABC telekanalına müsahibəsində deyib.

“Mən düşünmürəm ki, o, prezident olmalıdır. Düşünmürəm ki, o, ofis üçün yararlı biridir. Düşünmürəm ki, o, işi icra etmək qabiliyyətinə malikdir. Düşünmürəm ki, o, mühafizəkar respublikaçıdır. Noyabrda ona səs verməyəcəyəm. Əlbəttə ki, Co Baydenə də səs verməyəcəyəm. Səs vermək üçün başqa bir mühafizəkar respublikaçı müəyyənləşdirəcəyəm”, – deyə o bildirib.

Bolton qeyd edib ki, D. Tramp administrasiyasına qoşularkən onunla bağlı bəzi hekayələrin təhrif olunduğunu düşünüb.

“Lakin bunun həqiqət olmadığı ortaya çıxdı”, – deyə C. Bolton vurğulayıb. (apa)