XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2020 - 17:37

ABŞ-da atışma:2 nəfər ölüb, 12-si yaralanıb

ABŞ-ın Şimali Karolina ştatının Şarlott əyalətində avtomobilin adamların üzərinə sürülməsi və atışma nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Məlumatı yerli “WBTV” telekanalı yayıb.

Bildirilib ki, avtomobilin adam vurması ilə bağlı polisə zəng edilib. Polis hadisə yerində yüzlərlə adamın toplaşdığını aşkarlayıb. Bundan sonra atışma düşüb. Məlumata görə, iki nəfər aldığı güllə yarasından ölüb. Atışma bir neçə saat davam edib. 7 nəfər atışma, 5 nəfər isə avtomobilin adamların üzərinə sürülməsi nəticəsində yaralanıb.

Sakinlər küçədə qulların azadlığı gününü qeyd edirmiş. (report)