XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2020 - 20:12

“Koronavirusun ikinci dalğası başlasa, ABŞ dollarına tələbat azala bilər” – Ekspert

“Yeni koronavirus epidemiyası başlasa, valyuta bazarında ABŞ dollarına tələbat azala bilər”.

CNBC xəbər verir ki, bunu Almaniyanın “Deutsche Bank”ının Asiya üzrə makro-strateji bölməsinin rəhbəri Samir Qoel deyib.

Onun sözlərinə görə, virusun sürətlə yayılmağa başladığı mart ayında ABŞ dollarına maraq artsa da, hazırda əks proses gedir: “ABŞ-ın məhdudiyyətləri Avropaya nisbətən daha ləng yumşaltması investorlarda narahatlıq yaradıb”. (report)