XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 June 2020 - 21:11

Latviyada COVID-19:son iki sutkada yoluxma qeydə alınmayıb

Latviyada son iki sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma halı qeydə alınmayıb.

Bu barədə Latviyanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin saytında məlumat verilib.

Bildirilib ki, Latviyada indiyədək 139 024 koronavirus testi keçirilib.

Qeyd olunub ki, ölkədə 1111 nəfər COVID-19-a yoluxub, koronavirusa yoluxanlardan 903 nəfər sağalıb, xəstəlikdən 30 nəfər vəfat edib. (apa)