XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 İyun 2020 - 21:23

Britaniyada son sutkada koronavirusdan 15 nəfər ölüb –Səhiyyə Departamenti

Böyük Britaniyada son sutka ərzində koronavirus infeksiyasından (COVID-19) 15 nəfər vəfat edib.

BBC-nin verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. 

Bildirilib ki, bu martın ortalarından bu günə qədər ən aşağı rəqəmdir.

İndiyədək Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 42 647 nəfərə çatıb.

Ölkədə indiyədək 305 289 nəfər koronavirus infeksiyasına yoluxub.