XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2020 - 21:59

İran vurulan Ukrayna təyyarəsinin “qara qutu”sunu Fransaya göndərəcək –XİN

İran Tehran ətrafında vurulmuş, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin “qara qutu”sunu Fransaya yollayacaq.

Bu barədə İranın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, təyyarənin “qara qutu”su araşdırma üçün yaxın günlərdə Fransaya göndəriləcək.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yaylıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində beş ölkənin vətəndaşları olan 176 nəfərin hamısı həlak olub.

Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bağlı bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib. (apa)