Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 24 nəfər ölüb.
Bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 41413 şübhəli koronavirus testindən keçib, onlardan 1212-nin cavabı pozitiv çıxıb. Bu gün 1293 xəstə sağalıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4974 nəfər ölüb, 188897 nəfər bu infeksiyaya yoluxub, 161533 nəfər isə müalicə olunub. (apa)