XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 June 2020 - 23:39

Dünyada koronavirusa yeni 152 mindən çox yoluxma qeydə alınıb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı 8,86 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 152 mindən çox yoluxma qeydə alınıb.

Qeyd edilir ki, hazırda dünyada koronavirusa 8 860 331 yoluxma və 465 740 ölüm aşkarlanıb. Son sutkada aşkarlanan yeni yoluxma hallarının sayı 152 323-dür, COVID-19-dan ölənlərin sayı isə 4 025 nəfər artıb.

Qeyd edilir ki, Şimali və Cənubi Amerika regionu təhlükəli infeksiyaya yoluxanların sayı üzrə birinci yerdədir. Bu regionda COVID-19-a 4 370 519 yoluxma qeydə alınıb. Göstərici con bir gün ərzində 90 665 artıb. Bununla yanaşı, son sutkada daha 2 627 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, regionda COVID-19 qurbanlarının sayı 221 771-ə çatıb.

Avropada virusdan 2 543 778 yoluxma, 193 366 ölüm qeydə alınıb. Son 24 saatda regionda təhlükəli infeksiyaya yoluxanların sayı 17 115 nəfər, ölənlərin sayı 280 nəfər artıb. (report)