XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2020 - 00:12

Fransada pandemiya qurbanlarının sayı 29,6 mini ötdü –Səhiyyə Nazirliyi

Fransa xəstəxanalarında son bir gündə daha iyirmi üç nəfər koronavirusdan ölüb, bununla da pandemiya qurbanlarının ümumi sayı 29,6 min nəfəri ötüb.

Bu barədə bazar ertəsi ölkənin Səhiyyə Nazirliyi bildirib.

“Fransada epidemiyanın başlanğıcından 29 663 insan ölüb, onlardan 19 206-sı xəstəxanalarda vəfat edib”, – rəsmi məlumatda deyilir.

Sosial və tibbi-sosial müəssisələrdə ölənlər barədə məlumatlar iyunun 23-də yenilənəcək.

Qeyd edilir ki, hazırda ölkə xəstəxanalarında 9 693 insan müalicə edilir. Son gün ərzində virusa yoluxmuş daha 142 pasiyent xəstəxanaya yerləşdirilib. Xəstəxanaların reanimasiya şöbələrində 701 insan müalicə edilir. Son 24 saatda daha 16 xəstə reanimasiya şöbələrinə yerləşdirilib.

Epidemiyanın başlanğıcından Fransada demək olar ki, 104 min insan xəstəxanalara yerləşdirilib, onların 18 mindən çoxu reanimasiyada müalicə edilib. Ölkədə koronavirusdan 74,6 min insan sağalaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)