XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2020 - 13:48

Ukrayna və Qazaxıstanın bir sıra şəhərlərində karantin rejimi gücləndirilib –Yeni qaydalar

İyunun 22-dən etibarən Ukraynanın Odessa şəhərində karantin rejimi gücləndirilib.

Buna səbəb Ukraynada COVID-19 virusuna yoluxan xəstələrin sayının artması olub.

Bununla əlaqədar küçəyə müəyyən edilmiş sənədlər olmadan çıxmaq qadağan olunub.

Dövlət idarələrində, ticarət mərkəzlərində, sərgi salonu və xidmət yerlərində, ictimai nəqliyyatda respirator və tibbi maskalardan istifadə məcburidir. Şəhər nəqliyyatında sərnişinlərin sayı oturacaqların sayından çox ola bilməz. Qayda pozulduğu təqdirdə nəqliyyat vasitəsinin sahibi cərimələnəcək.

Karantin dövründə ictimai nəqliyyatda sıxlığın qarşısının alınması məqsədi ilə sərbəst iş saatının tətbiq edilməsi tövsiyə edilib.

Bundan başqa, son günlər Qazaxıstanın Kostanay vilayətində də yeni növ koronavirus infeksiyası (COVID-19) ilə bağlı epidemioloji vəziyyətin kəskin pisləşməsi müşahidə olunmaqdadır.

Kostanay vilayətində hər gün 50-100 arası yoluxma halı qeydə alınır. Bölgədə COVID-19-a yoluxanların sayı 518 nəfərə çatıb.

Kostanay vilayətinin baş dövlət sanitar həkimi Vladimir Neçitaylo deyib ki, yoluxma sayının artmasına insanların sanitar-epidemioloji qaydalara riayət etməməsi səbəb olub.

Onun sözlərinə görə, qadağalara baxmayaraq, kafe və restoranlarda toylar, ziyafətlər keçirilməkdədir. Kostanay vilayətində yerləşən iki uşaq bağçasının personalının arasında COVID-19-a yoluxma qeydə alınıb.

Monitorinq qrupu tərəfindən 288 qayda pozuntusu aşkarlanıb. 13 obyektin fəaliyyəti könüllü şəkildə dayandırılıb. 78 halda isə cərimə tətbiq edilib, yerdə qalanlara xəbərdarlıq edilib.

İnfeksiyaya yoluxma sayının artması ilə əlaqədar karantinin rejiminin iyunun 23-dən 30-na qədər gücləndirilməsi ilə bağlı qərar qəbul edilib. Belə ki, mülkiyyət formasından asılı olmayaraq, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, açıq havada 20 nəfərlik qrupla məşq etmək istisna olmaqla, idman komplekslərinin fəaliyyəti qadağan edilib. Eyni zamanda, ictimai-iaşə obyektlərinin fəaliyyətində məhdudiyyətlər tətbiq edilib/APA.