XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2020 - 15:05

“Taliban”çılar təhlükəsizlik qüvvələrinə hücum edib:9 nəfər öldürülüb, yaralılar var

Əfqanıstanda “Taliban” yaraqlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı öldürülüb, 3 nəfər yaralanıb.

Bu barədə Əfqanıstanın şimalındakı Kunduz əyalətinin qubernatoru İsmətullah Moradi deyib.

Moradinin sözlərinə görə, hücum dünən gecə Daşt-e Arçı bölgəsində baş verib. O əlavə edib ki, hücum zamanı dörd yaraqçı öldürülüb, daha 6-sı isə yaralanıb.

Qeyd edək ki, daha öncə Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi ötən həftəni “19 ilin ən ölümcül” həftəsi adlandırıb.

“Taliban” yaraqlılarının həyata keçridiyi 400-dən çox hücum nəticəsində milli təhlükəsizlik qüvvələrinin 300-ə yaxın üzvünün öldürüldüyünü bildirib/APA.