XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2020 - 19:11

“Trampın Makron və Trüdo ilə arası yoxdur, Merkel, Conson və Abe ilə isə…” –Con Bolton kitabında maraqlı faktlar açıqlayıb

ABŞ prezidenti Donald Tramp müttəfiq ölkələrin rəhbərləri arasında Böyük Britaniya baş naziri Boris Consonu və Yaponiya baş naziri Şinzo Abeni özünə dost hesab edir.

Strateq.az “Report”a istinadla xəbər verir ki, prezidentin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun bu gün satışa çıxarılan “Bunun baş verdiyi otaq: Ağ Ev xatirəsi” (“The Room Where It Happened: A White House Memoir”) kitabına inansaq, ABŞ liderinin Fransa prezidenti Emanuel Makron və Kanada baş naziri Castin Trüdo ilə əksinə, arası yoxdur.

Kitab müəllifinin fikrincə, D.Trampın dünya liderləri arasında ən yaxşı şəxsi münasibətləri bir yerdə qolf oynadığı Şinzo Abeyədir: “Conson Böyük Britaniyanın baş naziri olanda, aralarında Abe ilə olduğu qədər xoş münasibətlər yarandı”.

Bildirilib ki, bununla yanaşı, Trampın nə Makronla, nə də Trüdo ilə arası var, onlara sadəcə dözüm göstərərək görüşlərində onlarla atışır və açıq şəkildə lağ edir. Müəllifə görə, 2017-ci ildə NATO zirvə görüşü zamanı D.Tramp E.Makrona aralarında olan söhbətlərin təfərrüatını daim açıb-ağartdığını üzünə çırpıb.

Almaniya kansleri Angela Merkelə gəlincə, D.Trampın ona münasibətində həm dədə-baba yurdu olaraq Almaniyaya xüsusi rəğbətinin, həm də siyasətlə bağlı müəyyən fikir ayrılıqlarının əksini tapdığı qeyd olunur: “Merkelə böyük hörmət bəsləyərək atasının alman olduğunu dilə gətirir”.

2017-ci il NATO zirvəsi zamanı A.Merkeli üzündən öpən D.Tramp, eyni zamanda, Almaniyanın Rusiya ilə enerji müqavilələrindən narazılığını də gizlətmir.

“Almaniyanın Rusiya ilə bu cür iri neft-qaz müqavilələri imzaladığı təəssüf doğurur. Buna bir çarə qılmalıyıq”, – deyə D.Tramp NATO baş katibi Yens Stoltenberqlə söhbətin zamanı qeyd edib.

Qeyd edək ki, kitabın nəşriyyatdan çıxması ərəfəsində müəllifi yalançılıqda ittiham edən prezident D.Tramp kitabda bəzi məlumatları yaymaqla müəllifin ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığını, buna görə inzibati, bəlkə də, cinayət məsuliyyəti daşıya biləcəyi barədə Kolumbiya dairə hakiminin açıqlamasını xatırladıb. Con Boltonun bu kitabında hətta dövlət sirri olan məlumatları faş etməmək öhdəliyini pozduğu iddiaları da ortaya atılmışdı/Report.