XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2020 - 22:53

“American Airlines”a 3,5 milyard dollar lazımdır- Maliyyə çətinliklərini aradan qaldırmaq üçün

“American Airlines” aviaşirkəti koronavirusun yayılması səbəbindən uçuşlara qoyulan davamlı məhdudiyyətlər nəticəsində yaranmış maliyyə çətinliklərini aradan qaldırmaq məqsədilə öz səhmlərini satmaq yolu ilə 3,5 milyard dollar toplamağı planlaşdırır.

Azərtac şirkətin nümayəndələrinin bəyanatına istinadla xəbər verir ki, 3,5 milyard dollar həcmində vəsait likvidliyin yaxşılaşdırılmasına yardım edəcək. Onlar, həmçinin qeyd ediblər ki, şirkət ictimaiyyətə 750 milyon dollar həcmində səhmlər və 2,75 milyardlıq özəl borc təklif edəcək. Vurğulanıb ki, pulların bir hissəsi şirkətə mart ayında – COVID-19 pandemiyası dövrünün başlanğıcında ayrılan 1 milyard dollarlıq kreditə yenidən baxılmasına sərf ediləcək.

“American Airlines” şirkətinin Qiymətli Kağızlar və Fond Bazarı üzrə Dövlət Komissiyasına ünvanladığı müraciətində deyilir: “COVID-19 koronavirusunun qlobal yayılması aviauçuşlara tələbatın xeyli azalmasına gətirib çıxardı. Bu da bizim biznesimizə, əməliyyatlarımızın yekunlarına, maliyyə vəziyyətimizə və likvidliyə öz mənfi təsirini göstərdi”.

“American Airlines” – ABŞ-da ən iri aviaşirkətlərdən biridir. Bütün Amerika aviaşirkətləri koronavirusun yayılması ilə bağlı məhdudiyyətlər, həmçinin tələbatın azalması ucbatından ciddi itkilərlə üzləşiblər.