XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 June 2020 - 23:23

“Pandemiyanın ikinci dalğası birincidən daha ağır ola bilər”- Fransalı alimlər

Fransada COVID-19 pandemiyası ilə əlaqədar yaradılmış Elmi Şura dövləti ayıq olmağa çağırıb.

Azərtac xəbər verir ki, 13 ekspertdən ibarət Elmi Şura koronavirusun yayılmasının intensivləşəcəyi ehtimalını irəli sürüb, infeksiyanın ölkənin regionlarında getdikcə geniş yayıldığını bildirib.

“Pandemiya təcrübəsi göstərir ki, virus mövsümi ritm almamışdan əvvəl 2 və ya 3 dalğada yayılır. Virusun yenidən baş qaldırması ehtimalı son dərəcə yüksəkdir. İkinci dalğa birincidən daha ağır ola bilər. Buna görə də xəstəxanalarda çarpayıların sayı çoxaldılmalı və dövlət ikinci dalğaya hazır olmalıdır”, – deyə virusoloq-həkimlər həyəcan təbili çalırlar.