XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2020 - 23:54

Bu ölkə pandemiya ilə mübarizə üçün 1 milyard dollar kredit alıb

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası bankın COVID-19 böhranına qarşı fondundan İndoneziyaya 2 layihə üçün bir milyard ABŞ dolları ayrılmasını təsdiqləyib.

Bankın Pekindəki mənzil-qərargahından bildiriblər ki, 750 milyon dollar Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən və pandemiyanın iqtisadiyyata, xüsusən də kiçik və orta sahibkarlara, həssas ev təsərrüfatlarına mənfi təsirinin azaldılması, habelə ölkənin səhiyyə sisteminin gücləndirilməsi layihəsinə yönəldiləcək.

AİİB İndoneziyada COVID-19 infeksiyasına yoluxmanı müəyyən etmək üçün testetmə imkanlarının yüksəldilməsinə, pasiyentlərin müalicə imkanlarının yaxşılaşdırılmasına və bu istiqamətdə qabaqlayıcı tədbirlərin genişləndirilməsinə yönələn digər layihəyə isə 250 milyard dollar ayırıb. Həmin layihə Dünya Bankı ilə birgə maliyyələşdirilir.

Bildirilir ki, pandemiya ölkənin səhiyyə sistemi üçün böyük çətinliklər yaratmaqla yanaşı, iqtisadi inkişafa ciddi mənfi təsir göstərib. Hökumət cari il üçün iqtisadiyyatın inkişafı ilə bağlı əvvəlcədən hədəflədiyi 5 faizlik artım proqnozunu 2,3 faizə endirib. Pandemiya səbəbindən iş yerlərinin bağlanması 7 milyonadək insanı işsiz qoya bilər.

Qeyd edək ki, Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı dövlət və özəl sektordan olan müştərilərin pandemiya ilə əlaqədar artan tələbatını ödəmək üçün COVID-19 böhranına qarşı fondunu 2 dəfə artıraraq 10 milyard ABŞ dollarına çatdırıb. İndiyədək fonddan Hindistana 1,25 milyard, Filippinə 750 milyon, Pakistana 500 milyon, Çinə 355 milyon, Banqladeşə 250 milyon, Gürcüstana və Monqolustanın hər birinə 100 milyon ABŞ dolları ayrılıb(azərtac).