XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

24 İyun 2020 - 14:43

ABŞ-ın yeddi ştatında rekord sayda yoluxma qeydə alınıb –Siyahı

ABŞ-ın Arizona, Arkanzas, Texas, Kaliforniya, Şimali Karolina, Cənubi Karolina, Tennesse ştatlarında iyun ayının 23-də pandemiya başlayandan indiyədək yeni koronavirusa yoluxanların ən böyük sayı qeydə alınıb.

“Report” xəbər verir ki, yerli səhiyyə qurumlarının məlumatlarına görə, ötən gün Texasda 5 489, Kaliforniyada 5 019, Arizonada 3 591, Arkanzasda 595, Cənubi Karolinada 890, Şimali Karolinada 848, Tennessedə 750 yoluxma baş verib.

Həmçinin ABŞ-ın 33 ştatı və ərazisində ötən həftə ən yüksək orta yoluxma rəqəmləri açıqlanıb.

Bundan əvvəl Arizona, Texas, Oklahoma, Tennesse, Florida ştatlarında gündəlik rekord yoluxma qeydə alınmışdı.