XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

24 İyun 2020 - 22:35

2020 – Həcc ziyarətinin qadağan olduğu il:İSLAM ÖLKƏLƏRİNİN QƏRARA MÜNASİBƏTİ NECƏDİR?

“Əl-Cəzirə”, 23.06.2020

 

Səudiyyə Ərəbistanı koronavirus pandemiyasına görə illik Həcc ziyarətinin ləğvini elan etdikdən bir gün sonra krallıqda yaşayan təxminən 1000 zəvvarın Həcc ziyarətinə icazə verəcəyi söylənib.

İyulun sonlarında başlayacaq bir həftəlik mərasim üçün hər il dünyanın dörd bir yanından gələn 2.5 milyon zəvvar Məkkə və Mədinə şəhərlərinə axın edir. Bu il xarici qonaqlara ziyarət icazəsi verilməyəcək.

Bazar ertəsi günü Səudiyyə Ərəbistanı bu il “çox məhdud” Həcc ziyarətini keçiriləcəyini açıqlayıb, çünki ölkə hələ də koronavirus pandemiyası ilə mübarizə aparır.

Səudiyyə Ərəbistanının Həcc Nazirliyi həcc ziyarətini məhdudlaşdırma qərarının böyük toplantılarla risklər doğurduğundan diqqətin qlobal ictimai sağlamlığın qorunmasına yönəldiyini bildirib.

Builki ziyarətin iyulun 28-də başlayacağı gözlənilir.

Həcc ziyarətini kim yerinə yetirəcək?

İslamın beş əsas sütunundan biri olaraq Həcc bütün fiziki və maddi imkanları olan müsəlmanların həyatlarında ən azı bir dəfə yerinə yetirilməli vacib şərtdir.

Bu il Krallığın Həcc Nazirliyi mərasimin yalnız Səudiyyə Ərəbistanında yaşayan müxtəlif millətlərdən olan məhdud sayda insan üçün açıq olacağını bildirib.

Çərşənbə axşamı günü virtual mətbuat konfransında həcc naziri Məhəmməd Bəntən hökumətin hələ ziyarətə icazə alacaq ümumi zəvvarların sayını nəzərdən keçirməkdə olduğunu söyləyərək, zəvvarların sayını açıqlayıb: “Təxminən, min nəfər, bəlkə az, bəlkə də bir az çox adam ola bilər”.

O deyib: “Builki rəqəm on və ya yüz min nəfər olmayacaq”.

Səhiyyə naziri Təvfiq ər-Rabiyə zəvvarların müqəddəs Məkkə şəhərinə gəlməzdən əvvəl koronavirus xəstəliyinə görə testdən keçiriləcəyini və mərasimdən sonra evdə karantində qalacağını söyləyib.

Nazir, həmçinin 65 yaşdan yuxarı və ya xroniki xəstəlikləri olan heç kimin Həcc ziyarətinə buraxılmayacağını söyləyib.

Əvvəllər belə olubmu?

Səudiyyə Ərəbistanının təxminən 90 illik tarixində ilk dəfə olaraq xarici zəvvarların Həcc ziyarətinə qadağa qoyulub.

Həcc tarix boyu müharibə və keçmişdə baş verən epidemiyalara görə ləğv edilib, lakin 1932-ci ildə Səudiyyə Ərəbistan Krallığı qurulandan bəri deyil.

Təpki varmı?

Cavab məyusluq, rahatlanma və qərarı qəbul etmə qarışıqlığıdır.

Səudiyyə Ərəbistanının açıqlamasından əvvəl İndoneziya, Malayziya, Seneqal və Sinqapur öz vətəndaşlarının koronavirusa görə bu il Həcc ziyarətinə yollanmasını qadağan etmişdi.

İndoneziyadan olan 68 yaşlı Kəmariyə Yəhya deyib: “Müqəddəs Məkkə şəhərinə getmək üçün ümidlərim çox idi. Buna illərlə hazırlaşmışdım. Amma indi nə edə bilərəm? Bu, Allahın iradəsidir, taledir”.

Banqladeşdə Həcc səyahət agentliklərini təmsil edən qrupun rəhbəri Şəhadət Hüseyn Təslim qərardan “çox adamın sarsılacağını” söyləyib, “amma bu, xeyrədir”.

“Digər ölkələrdən fərqli olaraq, banqladeşli zəvvarların əksəriyyəti yaşlı insanlardır və COVID-19-a qarşı həssasdırlar”, – deyə o əlavə edib.

Ümumən 180.000-ə yaxın zəvvar göndərən Pakistan bu il Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanındakı diplomatlarının ölkəni təmsil edəcəyini açıqlayıb.

Qonşu Hindistanda azlıqlarla iş üzrə nazir 2020-ci ildə 200 mindən çox insanın Həcc ziyarətinə getmək üçün müraciət etdiyini və ziyarət üçün ödənən pulun tam qaytarılacağını söyləyib.

Malayziya İslam Təşkilatları Məsləhət Şurasının sədri Məhəmməd Əzmi Əbdülhəmid bildirib ki, rəsmi Riyad deyil, müsəlman xalqları “kollektiv qərar” qəbul etməli idi.

Tərcümə: Strateq.az