XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

24 İyun 2020 - 16:21

Türkiyədə toy mərasimlərinin keçirilməsinə icazə verilir- Bu tarixdən

İyul 1-dən Türkiyədə toy mərasimlərinin keçirilməsinə icazə veriləcək. 

APA-nın yerli bürosunun xəbərinə görə, bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi qərar qəbul edib. Qərarda mərasimlərin müddətinin azaldılması və açıq havada keçirilməsi şərti qoyulub.

Mərasim zamanı masalar bir-birindən 1.5 metr məsafədə düzüləcək, stolların üstündə dezinfeksiyaedici məhlullar qoyulacaq və maska taxılacaq, toplu şəkillər çəkilməyəcək və Türkiyə toylarındakı ənənəvi zinət əşyalarının bəylə-gəlinə şəxsən hədiyyə edilməsi mərasimi icra edilməyəcək, hədiyyələr xüsusi qutulara toplanacaq. Rəqs zamanı da sosial məsafə qorunacaq.