XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

24 İyun 2020 - 20:31

Elektrik təyyarələrinin yeni nəsli istifadəyə veriləcək- Finlandiyada

Finlandiya aeroportlarını idarə edən “Finavia” şirkəti və “Helsinki elektrik təyyarələri assosiasiyası” elektrik təyyarələrinin yeni nəslinin istifadəyə buraxılması məqsədilə əməkdaşlıq sazişi imzalayıblar.

Azərtac “Finavia”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkədə elektrik aviasiyasının mülki məqsədlər üçün istifadəsinə dair bu yaxınlarda strategiya yaradılacaq.

Mövcud elektrik sərnişin təyyarələri qısa uçuşlar üçün daha səmərəlidir. Bununla belə, məlumatda bildirilir ki, xüsusən kommersiya aviaşirkətlərinin xidmətləri baxımından onların istifadə dairəsini inkişaf etdirmək çox vacibdir.

“Finavia”nın vitse-prezidenti Anri Hanssonun sözlərinə görə, şirkətin məqsədi hava limanlarının istismarı zamanı gələcəkdə tullantıların həcmini azaltmaqdır. “Elektrik aviasiyası bizə bu ideyanı həyata keçirməyə imkan verir. Biz yeni aviasiya texnologiyalarına sərmayə qoymaq və daxili uçuşların elektrikləşdirilməsini sürətləndirmək istəyirik”, – deyə Hansson bildirib.

Finlandiyada artıq elektrik təyyarələrinin mülki məqsədlər üçün istifadə edilməsi ilə bağlı müəyyən elmi tədqiqatlar və hesablamalar aparılıb. Belə ki, Yuvyaskulya Universiteti (Finlandiya) və Avstraliyanın Brisben şəhərindəki Qriffit Universiteti tərəfindən aparılmış birgə tədqiqatların nəticələrinə görə, elektrik təyyarəsi Finlandiyada 400 kilometrdən çox məsafəyə səyahət etmək üçün sürət baxımından daha əlverişli ola bilər.

Qeyd edək ki, Finlandiyada iki nəfərlik ilk “Pipistrel Alpha Electro” elektrik təyyarəsindən ilk dəfə 2018-ci il iyulun 31-də istifadə olunub.