Estoniyada iki ay yarım ərzində paytaxtın uşaq bağçaları təxminən 3,8 milyon avro məbləğində ziyana düşüb.
Azərtac yerli mətbuata istinadla xəbər verir ki, Tallinn hökuməti valideynləri yer üçün ödənişdən azad etsə də, qarşlığını isə ödəməyib.
Şəhərin 124 uşaq bağçasında 21 min 349 sayda uşaq tərbiyə alır və bir yer üçün ödəniş ayda 71,25 avro təşkil edir.
Martın 16-dan 31-dək bağçalara ödənişlər dayandırılıb ki, bu da tərbiyə müəssisələrinin büdcəsində 3,8 milyon avro məbləğində zərər əmələ gətirib.