Parisin 4-cü rayonunda “Renard” və 12-ci rayonunda “Lamoriciere” məktəblərində müəllim və şagirdlərdə koronavirus aşkarlandığı üçün həmin təhsil müəssisələri yenidən bağlanıb.
Azərtac xəbər verir ki, bu barədə Milli Təhsil üzrə Dövlət Xidməti və Regional Səhiyyə Agentliyi məlumat yayıb. Bildirilib ki, adətən bir şagird və ya bir müəllimdə koronavirus aşkarlananda, aidiyyəti sinif şagirdləri karantinə alınır. Ancaq yuxarıda sadalanan məktəblərdə eyni vaxtda bir neçə müəllim və şagirddə virus aşkarlandığı üçün məktəblər bağlanıb.
Xatırladaq ki, iyunun 22-dən Parisdə məktəblərin açılması məcburidir və şagirdlərin 83 faizi, müəllimlərin isə 90 faizi yenidən məktəbə qayıdıb.