Gürcüstanda zəlzələ olub.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, 3.1 bal gücündə zəlzələ yerli vaxtla 08: 06-da baş verib. Zəlzələnin episentrinin azərbaycanlıların yığcam yaşadığı Dmanisi rayonundan 21 kilometr cənub-qərbdə olduğu bildirilib.