XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 June 2020 - 21:48

Maduro referendum keçirməyə hazırdır- İstefası ilə bağlı

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, 2022-ci ildə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı irəli sürülən ideyanın tərəfdarları kifayət qədər imza toplayacağı təqdirdə referendum keçirməyə hazırdır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, onun çıxışı dövlət televiziyasında yayımlanıb.

“10 yanvar 2022-ci ildə prezident Maduronun səlahiyyətlərinin dayandırılması ilə bağlı referendum üçün imzalar toplamağa başlamaq mümkün olacaq. Arzu edənlər imza toplamaq üçün küçələrə çıxa bilərlər”-deyə, Maduro bildirib.

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduronun səlahiyyət müddəti 10 yanvar 2025-ci ildə bitir.