XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 June 2020 - 14:02

Tramp:"ABŞ Almaniyadakı hərbçilərinin bir hissəsini Polşaya göndərəcək"

ABŞ Almaniyada yerləşdirilmiş hərbçilərinin bir hissəsini Polşa ərazisinə göndərəcək.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Ağ Evdə Polşa prezidenti Andjey Duda ilə mətbuat konfransı zamanı ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: “Biz əlavə qoşunlar göndərəcəyik. Biz Almaniyadakı qoşunlarımızın sayını azaldacağıq. Onlardan bəziləri evə qayıdacaq, bəziləri isə digər ölkələrə, Avropa ölkələrinə, o cümlədən Polşaya göndəriləcəklər”.