XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2020 - 12:06

Dünyada koronovirus:ölənlərin sayı 470 mini ötüb

Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,1 milyonu keçib.

Azərtac xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son bir gündə dünyada COVID-19-a 135 mindən çox yoluxma aşkar edilib.

Təşkilat qeyd edib ki, ötən sutkada təhlükəli infeksiyadan daha 4 187 ölüm qeydə alınıb. Koronavirusdan ölən pasiyentlərin ümumi sayı 473 797 təşkil edir.

Rəsmi statistikaya əsasən pandemiya ərzində dünyada COVID-19-a yoluxanların sayı 9 129 146 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.