XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2020 - 12:55

Qırğızıstanda koronavirus:rekord sayda yoluxma qeydə alındı

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 228 nəfər yoluxub.

Trend-in “Kabar”a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Mademin Karatayev deyib.

Onun sözlərinə görə, ötən gün qeydə alınan yoluxma hallarının sayı rekord göstəricidir: “Ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 954 nəfərə çatıb”.

Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 1 nəfər ölüb, 30 nəfər sağalıb, ölənlərin ümumi sayı 43 nəfər, sağalananların ümumi sayı isə 2 112 nəfərdir.